Son zamanlar küçələrdə, divarlarda *kommunist* internet ünvanını tez-tez görürəm. Özüdə hara gəldi yazırlar bu tərbiyyəsizlər. Yenicə təmir olunmuş divarlara, evlərin üz fassadına, parklara və s.
Keçək əsas mətləbə. Mənə maraqlı gəldi ki, kimdir görəsən bunun arxasında dayananlar? Niyə birdən birə kommunist? Məşədi İbad demiş: “Heç hənanın yeridir”? Başımızda min bir bəla fırlanarkən bunlar hardan çıxdı?
İndi isə düşünək bir az. Mən sabah gedib AZ domain li bir Web sayt açıram və orda bu gün Azərbaycandakı hakim qüvvələr haqda ağlıma gələni yazıram. Sizcə mən bu ölkədə rahat yaşaya bilərəmmi? Yəqinki yox. Bunu çox adam başqa mənada başa düşəcək bilirəm. Ona görədə, yuxarıdakı cümlənin açılışını yazıram. Yəni hakim qüvvələrin bəziləri mənlə əlaqə yaradacaq və niyə belə bir yazı yazdığımı soruşacaqlar. Mən tutarli faktlarla əsas gətirsəmdə, ən ali duyğularla onlara izahat versəmdə, bunun belə olduğunu tutaq ki onlar özləridə qəbul etsələrdə, sonunda məni bu yazılara davam etməyə qoymayacaqlar. Yaxşı ay qardaşım bəs bu nə oyundur çıxarırsız?
Bu kommunistlər bizim ən ali şəxsiyyətlərimizə ləkələr atır, şərəfsizcəsinə onları qaralamağa çalışırlar. Bəs niyə Azərbaycan dövləti buna icazə verir? Axı Azərbaycan dövlətinin təməlini qoyanlar, bu çürümüş beyinlər tərəfindən təhqirə, ləkələməyə məruz qalır. Axı niyə kimsə qabağa çıxıb bunlara: Siz dahilərin ayağ tozu olmaq üçün çox çirklisiz demir.
Yoxsaa bu kommunistlər elə o kommunistlərdir?...
Deyl Karneqi demiş: "Heç bir cinayətkar özünün günahkar olduğunu hesab etmir, əksinə o sizə etdiyi hərəkətin doğruluğunu çox gözəl şəkildə izah edir.
imza: panturkist
kommunizm
KOMMUNİZM:
Kommunistlər tarixin davamlı təkamül içində irəlilədiyinə, köhnə cəmiyyətlərin müasir cəmiyyətlərə nisbətən ibtidai olduğuna inanırlar. Başqa sözlə, keçmişdəki peyğəmbərləri və ya insanları, minlərlə il əvvəl vəhy edilmiş müqəddəs kitabları əksiltməyə çalışırlar. Halbuki, sahib olduqları ideologiya və ruhi halları zatən Allahın bizlərə 14 əsr əvvəl Quran-i Kərimdə bildirdiyi aldanış, cəhalət və psixoloji pozuqluqdan ibarətdir. Hər nə qədər özlərini "tarixin ən irəli mərhələsi" hesab etdikləri kommunizmin liderləri kimi görsələr də, tarixin dərinliklərində qalmış Misir Fironu ilə ortaq xüsusiyyətlərə malikdirlər.
Çünki həqiqətən tarixdə, insan zəkası və quruluşu baxımından "irəliləyiş" yoxdur. Minlərlə il əvvəlki insanlar da bugünki insanlarla eyni xüsusiyyətlərə malikdir. Mədəni və texnoloji baxımdan isə zaman-zaman irəliləyiş və geriləmə olmuşdur. Məsələn, Hz. Süleyman dövründəki texnologiya, Misir dövründəki piramidaların inşaat texnikaları XXI əsr təcrübəsi ilə hələ də dərk olunmayıb. Bəzi sivilizasiyaların çox qabaqcıl mədəniyyət və texnologiya təcrübəsi olduğu, onlardan qalan əsərlərdə açıq şəkildə görülür. Ancaq heç bir dövr üçün sabit inkişaf yoxdur. Bəzən irəliləyiş, bəzən geriləmə olmuşdur.
Davamı...
KOMMUNİST TERROR
Lenin: "Bəziləri bizi zalımlığımız səbəbiylə günahlandırdıqları zaman, bunların ən sadə Marxist prinsipləri belə necə unuda bildiklərinə heyrət edirik." (Pravda, 29 Oktyabr 1918)
Kommunizm 1917-dən etibarən 120 milyona yaxın insanın ölümünə səbəb olmuşdur...
Qətliamlar və şiddət kommunizmin nəzəriyyəsində var:
"Marx və Engels inqilabın hər zaman qüvvət hesabına olacağını müdafiə edirlər. İnqilabçıların hakim gücə qarşı şiddət istifadə etmək məcburiyyətində olduqları barəsində israrlıdırlar və hər zaman terrorizmə verdikləri dəstəyi açıq şəkildə ifadə etmişlər." (Sovet Strategy of Terror, Samuel T. Francis, s.54)
Davamı...
ROMANTİK KOMUNİSTLƏR VƏ ŞEYTANIN SİLAHI
Komunistlərin romantik ruhi halı ilk baxışda çox hiss olunmur, çünki komunistlər həmişə elmdən, fəlsəfədən, ağıldan danışırlar. Halbuki bu anlayışları da romantik dünyagörüşüylə qəbul edirlər. (Romantizm insanın ağıl və məntiqinin göstərdiyi doğrularla deyil, duyğuları ilə hərəkət etməsidir). Elmin sübut etdiyi, amma özlərinə sərf etməyən nəticələri "burjua elmi" deyə gözü bağlı şəkildə rədd edirlər. Hətta Stalin bu dünyagörüşünü sistemləşdirmiş və öz dövründə "burjua elmi" və "proletariat elmi" adlı axmaq və süni ayrı-seçkilik etmişdir.
Digər tərəfdən komunistlərin müxtəlif nəşrlərinə, jurnallarına, şerlərinə və ya marşlarına detallı baxsaq əslində əməlli-başlı romantizm yaşadıqları görülür. Bəzi anlayışları bütləşdirmiş və onlara qarşı həddindən artıq romantik bağlılıq yaratmışlar. Bunlardan ən başlıcası "inqilab" anlayışıdır. Bir kommunist üçün inqilab sözdə bütün pisliklərin sonu və bütün yaxşılıqların başlanğıcıdır. Heç bir zaman reallaşmayacağını bildiyi bu xəyala bir növ ümidsiz eşqlə bağlanırlar. Tez-tez danışdıqları bu inqilab haqqında heç bir ağıllı qiymətləndirmə aparmırlar. İnqilab niyə olacaq? İnqilab olsa çox sayda günahsız insanın qanı boşuna axacaq, bütün cəmiyyət acı çəkəcək. Buna nə ehtiyac var? İnqilab olmadan da kasıb insanların həyat şəraiti düzələ bilməzmi? İnqilab olsa iqtisadiyyatın vəziyyəti necə olacaq? Ölkə necə idarə olunacaq, daxili qarışıqlıqlar necə yatırılacaq, xarici təhlükələrin qarşısı necə alınacaq?
Davamı...
KOMMUNİZMİN İÇ ÜZÜ
Sistemin Saxta Müxalifi: Sosializm
Masonluğun və Yəhudi ənənəsinin liberal kapitalizmin inkişafındakı böyük rolu aydın olan bir şeydir: Kapitalizmin Yəhudi mədəniyyətindən qaynaqlandığı bilinməyən mövzu deyil. Masonluğun "burjua təşkilatı" olduğu və liberal kapitalizmlə böyük uyğunluq içində olduğu da hər kəs tərəfindən bilinir. Ancaq əsl maraqlı olan Yəhudi liderləri və masonlar arasındakı İttifaqın sosializmin inkişafında da böyük köməyinin olmasıdır. Masonluq "burjua təşkilatı" olmasına və bir çox sosialistin qəbul etmək istəməməsinə baxmayaraq sosializmin doğulması və inkişafında da masonluq böyük rol oynayıb. Bundan əlavə sosializm, eynilə kapitalizm kimi Yəhudi ənənəsindən böyük ölçüdə təsirlənmişdir.
Davamı...
ROMANTİK “CHE” VƏ “CASTRO” ƏFSANƏLƏRİ
Soyuq Müharibə dövründə Sovet İttifaqının dəstəyilə qurulan kommunist rejimlərdən biri Kubadakı Castro diktaturasıdır. Fidel Castronun öndərliyində və Argentinalı gerilla lideri Che Guevaranın dəstəyilə yayılan gerilla hərəkatı 1959-cu ildə Kubada iqtidarı ələ keçirmişdi. Sovet İttifaqından gələn siyasi və hərbi yardımla inkişaf etmiş və Sovet İttifaqı dağılandan sonra da ayaqda qalmağı bacarmışdı.
Kubada və bütövlükdə Latın Amerikadakı kommunist hərəkat çox vaxt romantik şəkildə təqdim edilir. Xüsusilə Che Guevaranın gerilla mübarizəsi “qəhrəmanlıq hekayəsi” kimi göstərilir. Kommunizmə vurulan bir çox gəncin əlində Che posterləri və dillərində Latın Amerikan kommunist melodiyaları dolaşır. Belə yanaşsaq Kubadakı kommunist inqilab Kuba xalqını zülm və işgəncədən qurtarmış “qurtuluş mübarizəsidir”.
Davamı...