Stalin

STALİN NECƏ KOMMUNİST OLDU?

 

Dindar bir ailənin uşağı olan Stalin uşaqlıq illərində din adamı olmaq istəyirdi. Ancaq təhsili əsnasında Darvinin təkamül nəzəriyyəsi ilə tanış olan Stalin əvvəl Darvinizmi daha sonra da Marksizmi mənimsədi.

Stalin, 1879-cu ildə Gürcüstanda kiçik bir qəsəbədə kasıb bir ailənin uşağı olaraq doğuldu. Adı, İosif Vissarionovich Djugashvili idi. Rusca "Dəmir Adam" mənasına gələn "Stalin" adını, 1913-cü ildə sonra istifadə etməyə başlayacaqdı.

Stalinin anası dindar bir qadın idi. Min bir çətinliklə böyütdüyü oğulunun bir din adamı olmasını istəyirdi. Bu görə onu Qoridəki bir Kilsə məktəbinə yazdırdı. Burada 5 il təhsil görən Stalin, məktəbi bitirdiyində, Tiflisdəki din institutuna girdi və Qriqorian Ortodoks Kilsəsində rahib olmaq üçün işə başladı. Ancaq elə bu vaxt, oxuduğu bəzi kitablar Stalinin dünya görüşünü dəyişdirdi. O vaxta kimi dindar ananın dindar uşağı olan Stalin, Allaha və dinə olan bütün inancını itirdi və ateist oldu.

Stalinin Ateist Olmasına Səbəb Olan Kitab Darvinin idi.

Stalinin inancını əlindən alan kitab, Darvinin Növlərin Mənşəyi adlı kitabı idi.

Oxford Universitetində tarixçi Alex de Jonge, Stalin and The Shaping of the Soviet Union (Stalin və Sovetlər Birliyinin Şəkillənməsi) adlı kitabında, Stalinin gənclik illərində Darvinin əhəmiyyətli yer tutduğunu vurğulayır. Jonge`a görə, Stalinin dini təhsil almışkən, Allaha olan inancını itirməsi, bunun yerinə ateizmi mənimsəməsi, Darvini oxumasıyla oldu. Stalinin Marxizmi mənimsəməsi isə bunun ardınca gəlmişdir. Jonge, bunun Stalin tərəfindən də xüsusi söhbətlərində tez-tez vurğulanan bir gerçək olduğunu bildirir. (Alex də Jonge, Stalin and The Shaping of the Soviet Uninon s. 22)

İngilis tarixçi Alan Bullock da Stalin və Hitlerin həyatlarını müqayisə edərək araşdıran Hitler and Stalin: Parallel Lives adlı kitabında, Stalinin gənclik illərində Darvin, Auguste Comte və Karl Marxın Rusca tərcümələrini oxuduğunu və bunlardan təsirləndiyini ifadə edir.

Əslində bu aldanış, yalnız Stalinin deyil, Rusiyadakı gənc və oxuyan nəsilin çoxunun başına gəlmişdi. Darvinin, Huxleyin və ya Lamarckın o zamanlar elmi sanılan xürafələri, xeyli Rus gəncinin ateist olmasına səbəb olurdu. Tarixçi Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution (Bir Xalqın Tragediyası: Rus İnqilabının Tarixi) adlı kitabında, "Leninin gənclik çağlarında Rus ziyalıları arasında Darvin və Huxley az qala dini bir müqəddəsliyə sahib idi" deyərkən bunu nəzərdə tutur. 30 Figes eyni əsərində, sonradan Bolşeviklərə qatılacaq olan Semen Kanatchikov adlı gənc işçinin təkamülçü propaqanda nəticəsində necə dinsizləşdiyini bu örnəklə izah edir:

"Gənc bir işçiyə bir qutunu torpaqla doldurub isti tutunca soxulcan və böcəklərin meydana gəldiyini göstərərək Tanrının insanları yaratmadığını söylənmişdi. Dövrün sol qanadının kitabçılarında tapılan bu tip kobud elm, Kanatchikov kimi gənc işçilərin üzərində böyük təsir buraxırdı. "İndi köhnə önfikirlərimdən xilas olmağım məni artan bir tempə yönəltdi" deyə daha sonra yazdı. "... Kilsəyə artıq getmədim və haram yeməkləri yeməyə başladım". (Orlando Figes, A People's Tragedy, A History of The Russian Revolution, s. 65)

Halbuki "canlıları Allah yaratmadı, təsadüfən meydana gəldilər" iddiasının dayağı kimi göstərilən üstdəki qeyddəki kimi nümunələr, başda ifadə etdiyimiz kimi bir xürafə idi. Torpaq içindəki soxulcanlar və böcəklər, o zamanlar sanıldığı kimi, təsadüfən və heç yoxdan orada meydana gəlmir, əvvəldən torpaqda olan yumurtalardan çıxırdılar. Ancaq elm dünyası hələ "cansız maddədən əsla canlılıq çıxmaz" şəklindəki gerçəyi dərk edə bilmədiyindən, bu kimi xürafələr sürətlə böyüyür və yarı cahil Rus gənclərini ateizmə sürüyürdü.

 

Stalin İdarəçiliyə Başlayır

XIX əsrin sonunda Rusiyada yetişən bu ateist nəsil, XX əsrin əvvəlində qızmış kommunist olaraq səhnəyə çıxdı.

 

 

 

Bu qızmış kommunistlərdən biri Stalin idi. 1898-ci ildə gizli kommunist təşkilata qatıldı. 1901-ci ildə Brdzola (Mübarizə) adlı bir kommunist jurnalda yazılar yazmağa başladı. Bu tarixdən sonra, 1917-ci ilə qədər, Leninin liderliyindəki kommunist hərəkatın aktiv militanı oldu. 1917-ci-ildəki Oktyabr İnqilabından sonra, Kommunist Partiyanın ən üst pilləsi olan 5 nəfərlik Politbüronun üzvü seçildi. Leninin 1923-cü ildəki xəstəliyiylə birlikdə, Stalin partiya içindəki gücünü getdikcə artırdı. Leninin ölümündən sonra da ən böyük güc oldu. 1924-ci ildən 1929-cu ilə qədər keçən beş il, partiya içindəki bütün müxaliflərini sui-qəst, edam və ya sürgünlə aradan götürdü. Oktyabr İnqilabının memarlarından olan Trotsky belə Stalinin hədəfi oldu və Sovet İttifaqından sürgün olundu.

Stalin, iqtidarını bu şəkildə sağlamlaştırdıqdan sonra, əlini cəmiyyətə atdı. Lenin, Rusiyadakı bütün əkinçilik sahələrini dövlətləşdirməyə qalxmış, ancaq 1920 və 1921-ci ildəki böyük qıtlıq və təxribata görə bunu təxirə salmalı olmuşdu. Ancaq Stalin bu işi reallaşdırmağa qərarlı idi. "Kollektivizasiya" adlı siyasəti həyata keçirdi. Məqsədi, kəndlilərin bütün mallarını dövlətləşdirmək, məhsullarına əl qoymaq, bu məhsulları ixrac edərək Sovet sənayesini və ordusunu gücləndirmək üçün qaynaq əldə etmək idi.

 

Stalin kollektivizasiyanı, öldürərək, işgəncə edərək, ac buraxaraq edəcək və 6 milyon insan qıtlıq nəticəsində qıvrılaraq ölərkən, xaricə yüz minlərlə ton taxıl ixrac edəcəkdi. Stalin iqtidarı, insanları, zülm verərək öyrədilmələri lazım olan bir heyvan növü olaraq görən materialist-Darvinist düşüncənin vəhşiliyini bir dəfə sənədləşdirəcəkdi.

 

Kollektivizasiya Vəhşiliyi

 

Stalin kollektivizasiya siyasətini 1929-cu ildə başlatdı. Buna görə torpaqlar üzərindəki bütün xüsusi mülkiyyət qaldırılacaq, hər kəndli müəyyən kvotanı dövlətə vermək məcburiyyətində qalacaq və öz məhsulunu sata bilməyəcəkdi. Təyin olunan kvota yenə çox yüksək idi və kəndlilərin bunu qarşılamaları üçün əllərindəki hər şeyi vermələri lazım idi. 1920-ci ildə Leninin başlatdığı zülm, təkrar edilirdi.

 

Stalin kollektivizasiyanı həyata keçirməkçün etmək üçün ən mərhəmətsiz üsulların tətbiqini əmr etdi. Müqavimət göstərənlər öldürüldü, Sibirə göndərildi (yəni uzun vədəyə öldürüldü) və ya qıtlığa məruz qaldı (yəni yavaş yavaş öldürüldü). Kollektivizasiyaya qarşı və ya ümumiyyətlə kommunizmə qarşı-müqavimət göstərənlər "qulaqlar" (zəngin torpaq sahibləri)a qarşı bütün ölkədə ov başladıldı. Bu siyasət, Kommunizmin Qara Kitabında belə izah edilir:

 

"Kollektivləşdirməyə dirənən qulaqlar gülləyə düzüldü, digərləri uşaqlar, qadınlar və yaşlılarla birlikdə sürgünə göndərildi. Şübhəsiz, hamısı dərhal öldürülmədi, amma Sibirin ya da Böyük Şimalın əkinçiliyə əlverişli olmayan bölgələrində icbari istismar olunmaları onlara həyatda qalma şansı vermədi. Yüz minlərlə insan isə elə orada son nəfəslərini verdi, ancaq qəti ölü sayı hələ bilinmir. 1932-1933-cü illərdə Ukraynada, çöl əhalisinin məcburi kollektivləşdirməyə müqavimət göstərməsi bağlı yaşanan böyük aclığa gəlincə, bir neçə ay içində 6 milyon adam ölmüşdü." (Kommunizmin Qara Kitabı, s. 23)

 

Stalin rejimi, özündən əvvəlki Lenin rəhbərliyi kimi "qulaq" deyə xəyali bir düşmən yaratmışdı və yox etmək istədiyi hər kəsə "qulaq" damğası vurub aradan götürürdü. Hər şəhərə əmrlər göndərilir, müəyyən sayda qulaq tutulması və edam edilməsi əmr edilir və kommunistlərin sevmədiyi hər kəs asanca "qulaq" kateqoriyasına aid olunurdu. Kommunizmin Qara Kitabında bu vəziyyət belə açıqlanır:

 

"Bu şərtlər altında, bəzi bölgələrdə qulaq deyə təmizlik edilən kəndlilərin 80-90 %-i arasındakı bir hissəninin serednyak, yəni orta səviyyəli kəndlilər olmasına təəccüblənməmək lazımdır. Yerli səlahiyyətlilərin "qara siyahıya saldığı" qulaq sayına çatmaq və mümkünsə bu ədədi aşmaq lazım idi! Yayda bazarda toxum satmaq, 1925-ci ildə ya da 1926-cı ildə iki ay boyunca yanında bir əkinçilik işçisi işlətmək, iki samovar sahibi olmaq, Sentyabr 1929-cu ildə "yemək və beləcə sosialist müsadirədən mal qaçırmaq məqsədiylə", bir donuz öldürmək səbəbiylə kəndlilər həbs olunmuş və sürgün edilmişdi. Bir kəndli, yalnız öz istehsal etdiyi məhsulları satan yoxsul bir kəndli olduğu halda, "ticarətə başladığı" bəhanəsiylə həbs olunurdu; bir başqası, əmisinin Çar ordusu zabiti olması bəhanə edilərək sürgün olunur, başqası "kilsəyə tez-tez getməsi" səbəbiylə qulaq olaraq damğalanırdı. Lakin daha çox, kollektivləşdirməyə açıq qarşı çıxanlar qulaq olaraq damğalanırdı. Qulaq sinfini yox etməklə vəzifəli dəstələr içərisində elə bir qarışıqlıq yaşanırdı ki, bəzən axmaqlığın sərhədlərinə çatırdı. Bir nümunə vermək lazım olsa: Ukraynanın bir qəsəbəsində, qulaq sinifini təmizləyən briqadaya mənsub bir serednyak, qəsəbənin digər ucundakı başqa brigadanın nümayəndələri tərəfindən qulaq deyə həbs olunmuşdu." (Kommunizmin Qara Kitabı, s. 196)

 

"Qulaq" olaraq damğalanıb qətl edilən insanların arasında, din adamları başda gəlirdi. Belə ki, "1930-cu ildə 13000-dən çox din adamı "qulaq" deyə aradan götürüldü. Bir çox kənd və qəsəbədə kollektivləşdirmə, simvolik olaraq kilsənin bağlanılmasıyla, qulaq sinifinin təmizliyi də keşişlə başladı."


mənbə: rethink.azeriblog.com

Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol