Che Guevara və Fidel Castro

ROMANTİK “CHE” VƏ “CASTRO” ƏFSANƏLƏRİ
Soyuq Müharibə dövründə Sovet İttifaqının dəstəyilə qurulan kommunist rejimlərdən biri Kubadakı Castro diktaturasıdır. Fidel Castronun öndərliyində və Argentinalı gerilla lideri Che Guevaranın dəstəyilə yayılan gerilla hərəkatı 1959-cu ildə Kubada iqtidarı ələ keçirmişdi. Sovet İttifaqından gələn siyasi və hərbi yardımla inkişaf etmiş və Sovet İttifaqı dağılandan sonra da ayaqda qalmağı bacarmışdı.

Kubada və bütövlükdə Latın Amerikadakı kommunist hərəkat çox vaxt romantik şəkildə təqdim edilir. Xüsusilə Che Guevaranın gerilla mübarizəsi “qəhrəmanlıq hekayəsi” kimi göstərilir. Kommunizmə vurulan bir çox gəncin əlində Che posterləri və dillərində Latın Amerikan kommunist melodiyaları dolaşır. Belə yanaşsaq Kubadakı kommunist inqilab Kuba xalqını zülm və işgəncədən qurtarmış “qurtuluş mübarizəsidir”.

 

Amma həqiqət heç də belə deyil. “Che” və “Fidel” əfsanələrinin romantik pərdəsi aralansa Kubadakı kommunist diktaturanın qaranlıq üzü görünər. Kommunizmin Qara Kitabı`nda kommunist Kubanın çalışma düşərgələri və həbsxanaları belə anladılır:

Çalışma şəraiti çox sərtdi, məhkumlar demək olar ki, çılpaq gəzirdilər, sadə bir don geyinmələrinə icazə verilirdi. Həddi aşanlara dişləriylə ot yığma cəzası, çox irəli gedənlərə də saatlarla tuvalet quyularında qalma cəzası verilirdi. Şiddət tətbiqində siyasi məhkumlar, həmçinin adi günahkarlar da hədədə idi. Şiddət, sorğulamayla əlaqədar əlaqədar bölmənin, yəni Departamento Tecnico de Investigaciones`in (DTI) apardığı sorğu-suallarla başlayırdı. DTI məhkumları qorxduqları şeylərlə baş-başa buraxırdı: böcəklərdən qorxan bir qadın hamamböcəyi dolu kameraya qoyulurdu. DTI şiddət tətbiqində fiziki təzyiqlərə də əl atırdı: məhkumlar ayaqlarındakı qurğuşun daşlarla nərdivanları çıxmağa təhrik edilir, sonra da aşağı itələnirdi. Fiziki işgəncələrə tez-tez dərmanların köməyilə edilən psixoloji işgəncələr də əlavə edilirdi; gözətçilər məhkumları oyaq saxlamaq üçün penthotal və oxşar uyuşturuculardan istifadə edirdilər. Mazzoza Xəstəxanasında təzyiq göstərmək məqsədilə heç bir məhdudiyyət qoyulmadan elektorşok tətbiq edilirdi. Gözətçilər xüsusi tərbiyə edilmiş itlərlə gəzir və daima edam planları hazırlayırdılar; məhkumların saxlanıldığı disiplin kameralarında  nə su, nə də elektrik vardı, məqsəd məhkuma təcrid otağı içində kimliyini unutdurmaqdı...

Yaxınların ziyarəti gözətçilərə məhkumları təhqir etmə fürsəti verirdi. Cabana`da məhkumlar ailələrinin qarşısına çılpaq çıxmaq məcburiyyətində qalırdılar. Kişi məhkumlar həyat yoldaşlarının məhrəm yerlərinin axtarılmasını izləməyə məcbur idilər. Kuba həbsxanalarında qadınların vəziyyəti tamamilə fəlakətdi, çünki gözətçilərin sadist işgəncələrinə müdafiəsiz şəkildə hədəf olurdular. 1959-cu ildən (Che`nin dəstəyilə Fidel Castro hakimiyyətə gələndən sonra) 1100-dən çox qadın siyasi məqsədlərlə həbs edilmişdi. Bunlar 1963-cü ildə Guanajay Həbsxanasına aparıldı. Bir çox şahid təhqir və fiziki cəza vasitələrindən geniş şəkildə tətbiq edildiyini söyləyir. Bir nümunə göstərək: qadın məhkumlar yuyunmaq üçün duşlara getmədən əvvəl gözətçilərin qabağında soyunmaq məcburiyyətində qalırdılar, gözətçilər də onları səbəbsiz yerə döyürdülər. (Kommunizmin Qara Kitabı s. 859-861)

Kubada inqilabdan sonra təxminən 10 min adam edam edildi. 30 mindən çox insan isə yuxarıda bəhs edilən şəraitlərdə həbs edildi. Kommunist rejim digər ölkələrdə olduğu kimi Kubaya da əzab, işgəncə və qorxu gətirib. Bundan əlavə Kuba xalqı getdikcə daha da kasıblayırdı.

mənbə:www.rethink.azeriblog.com

Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 2 ziyaretçi (10 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol