SSRİ-nin ÇÖKÜŞÜNÜN 18-Cİ İLİ

 

SSRİ-nin ÇÖKÜŞÜNÜN 18-Cİ İLİNDƏ KOMMUNİZMİN GƏLƏCƏYİ
 
 
 
SSRİ-nın dağılmasının üzərindən 18 il keçdi. Hal-hazırda kommunizmin artıq bir təhlükə olmadığını, çökdüyünü zənn edənlər böyük səhf edirlər. Çünki kommunizm yıxılmamış, dialektik materializmin ən əhəmiyyətli qanununa uyğun olaraq ''iki addım geri'' atmışdır.
 
Leninin haqqında kitab yazdığı bu ''Bir addım İrəli, İki addım Geri'' qanununa görə kommunistlər hədəflərinə çatmaq üçün gərəkərsə bir neçə addım geri ataraq sanki hədəflərindən uzaqlaşmış kimi görünərlər. Kommunist Çindəki məktəb uşaqlarına da bu səbəblə üç addım irəli, iki addımın geri əsasına söykənən ''dialektik yerimə yolu'' öyrədirlər.
 
Buna ən konkret nümunələrdən biri kommunistlərin ailə təşkilatı haqqındakı düşüncələridir. Dialektik materializmin qurucusu Karl Marxa görə kommunizmə çatmaq üçün əvvəlcə evlilik təşkilatı ortadan qaldırılacaq. (Eynilə bu günkü Avropada olduğu kimi) Kommunist Manifestdə Marx, ''proletar arasında ailə təşkilatının dərhal aradan qalxdığı və fahişəliyin çox məşhur olduğu''nu söyləyir və bundan bu nəticəyə çatır: ''... burjua ailəsinin ortadan qalxması gərəkdir.''
 
 
 
 
Kommunistlər bu hədəflərinə çatmaq üçün, dialektik materializmin qanunlarına uyurlar. Ailə təşkilatını aradan qaldırmaq üçün güclü bir dövlətə ehtiyacları var. Ancaq güclü bir dövlət üçün əvvəl ailə təşkilatının güclü olması lazımdır. Bu səbəblə əvvəl geri addım ataraq, ailəni gücləndirirlər. Bunun sayəsində kommunist dövlət güclənər və sonrakı mərhələdə ailə təşkilatını tamamilə adadan qaldırarlar. 
 
Bu nümunədən göstərir ki, kommunistlərin ''kommunizm yıxıldı'', ''Rusiyada ailə bağları daha da gücləndi'' kimi şüarları insanları aldatmamalıdır. Bu, dialektik materializmin bilinən bir taktikasıdır. Kommunizm, bir buqələmun kimi rəng dəyişdirmiş, uyğun zəminin hazırlanmasını gözləyir. Buna görə də, kommunizmin ana fəlsəfəsi olan dialektik materializm və onun sözdə elmi dayağı olan Darvinizm ilə fikri sahədə ciddi bir mübarizə şərtdir. Əks halda, kommunistlər irəli atacaqları qanlı və zalım addımlar üçün pusquda gözləyirlər.
 
Əllərində hələ Stalin və ya Lenin posterləriylə yürüş edən Rus kommunistləri, az hesab edilməməli bir potensiala sahibdirlər. Bunlar, SSRİ-nin 1991-ci ildəki çöküşünü, Leninin 1904-cü ildə yazdığı Bir addım İrəli, İki Addım Geri adlı kitabında ifadə etdiyi kimi, son hədəfə gedən yolda müvəqqəti bir geri çəkilmə olaraq görürlər. Lenin, bu mövzunu kitabında belə yazmışdır: ''Bir addım irəli, iki addım geri... Fərdlərin həyatında, xalqların tarixində və partiyaların inkişafında belə şeylər olur. Amma inqilabçı ictimai-demokratiya qanunlarının, proletariat təşkilatının və partiya intizamının əvvəl axır tam zəfər qazanacağından şübhə duymaq, alçaqlığın ən cani formasıdır'' 
 
PUTİN NƏ ETMƏK İSTƏYİR?
 
Rusiyanın vəziyyəti daha da diqqət çəkicidir. Bu ölkə, Sovet 1991-ci ildə dağılandan sonra demokratiya ilə deyil, gerçək faşizmə keçmişdir. İqtidarı əsnasında Dumanı (Rusiya Parlamentini) topa tutan Yeltsin və onun ardınca iqtidar kreslosuna oturan Putin, tam mənasıyla faşist bir xarakter və rəhbərlik tərzinə malikdir.
 
İki zidd qütb kimi görünən faşizm ilə kommunizm arasında isə əslində çox incə bir xətt vardır. Hər iki ideologiya da bənzər bir cəmiyyət və əxlaq quruluşuna lider modelə malikdir. Necə ki hər iki ideologiya da siyasət elmində ''totalitar ideologiyalar'' olaraq eyni sinifə daxil edilir. Dövlətin, cəmiyyəti təzyiqlə, qorxuyla və propaqanda ilə idarə etdiyi, müxalifləri ən mərhəmətsiz üsullarla ortadan qaldırdığı bir modeldir totalitarizm.
 
1991-ci ildən sonra Rusiyanın siyasi rejimi və siyasət mədəniyyəti çox dəyişməmişdir. Kommunizmdən dövlət-mafia əməkdaşlığına söykənən bir növ faşizmə keçilmişdir ki, ifadə etdiyimiz kimi bu, təməl bir dəyişiklik sayılmaz. Əsl dəyişmə, iqtisadiyyatda və ictimai quruluşda olmuşdur. Çox sürətlə zənginlər törəmiş, xalqın böyük hissəninin həyat standartı düşmüş, zənginlər ilə kasıblar arasında getdikcə böyüyən bir uçurum meydana gəlmişdir. XIX əsr İngiltərəsində yaşanmış oxşar ''vəhşi kapitalizm'' quruluşu Rusiyaya hakim olmuşdur. Dövlətin mərkəzi avtoritetinin zəifləməsiylə birlikdə ortaya çıxan mafia təşkilatları isə (sayları 5000-dən çoxdur), bir növ ''feodal quruluş'' meydana gətirirlər.
 
Maraqlı olan, hər iki quruluşun da marksizmə görə ''inqilab öncəsi şərtləri (zəmini)'' meydana gətirməsidir. Yəni Rusiyanın mövcud quruluşu, marksist baxımdan, ''kommunizm öncəsi'' bir quruluşdur. Rusiyada hələ də yüksək səs nisbətinə sahib olan, əlavə olaraq dövlət mexanizmində təsirli olan kommunistlər, mövcud vəziyyəti nə ilə olursa olsun qiymətləndirirlər. Liberal iqtisadiyyata və demokratiyaya olan etibarı sarsıda biləcək beynəlxalq krizis, kommunistlərin bu nəzəriyyəsini praktikaya çevirə bilər və Rusiya asanlıqla yenidən kommunist bir rejimə keçə bilər. 
 
Əslində bu nöqtədə kommunizmin hiyləgər taktikalarından biri qarşımıza çıxır. Kommunistlər, özlərinə görə, tarixi ardıcıllığın (kapitalizmdən kommunizmə keçid) pozulmasından qaynaqlanan bir tənzimləmə həyata keçirirlər. Bu səbəblə Rus xalqını, mafianın əlinə vermiş və klassik bir kapitalizmin yaşanmasına mühit hazırlamışlar. Qurduqları bu sistemdə xalqı sıx olaraq əzdirməkdə və onlara ''başqa həll yoxdur, tək həll yolu kommunizmdir'' dedirtməyə çalışırlar.
 
Kənardan kommunizm gizli-gizli varlığını davam etdirir. Mövcud heyətin bütünü, köhnə kommunistlərdən meydana gəlib. Və Marxın dialektik materializmi ilə öyrədilmiş bu kəslər, kommunizm xəyallarından imtina etmiş deyillər. Əksinə kommunizmin kapitalist mərhələdən keçməsi lazım olduğuna inanırlar, ''kommunist'' olmanın bir lüzumunu yerinə yetirmək üçün kapitalizmin yaşanmasına tamaşaçı qalırlar. Gerçək kommunist olduqları üçün, indi kapitalizmi tətbiq etdir və müdafiə etdirlər.
 
Dialektik materialist qanunlarını mənimsəmiş bu insanlarçün, son hədəfə çatmaq üçün, bir gün kommunist, bir gün faşist görünmək son dərəcə asandır. Necə ki, əslində faşizmdə də kommunizmdə də məqsəd eynidir: İnsanlara zülm etmək... Bu iki ideologiya arasında çox incə bir xətt vardır. Yalnız kommunizm, zülmünü ''humanist'' şüarlar altında, gizlidən gizliyə davam etdirir. Etdiyi zülmə və tətbiq etdiyi vəhşiliyə, bu üsulla səbəb hazırlayır.
 
Bu gizli pərdələrin arxasında, hal-hazırda kommunizm Rusiyada iqtidardadır. Rus dövləti klassik kommunist quruluşdadır. Türk Respublikalarını hərbi idarə altında tutan Rusiya dəyişməmişdir; SSRİ həqiqətən hələ də yerində dayanır. Qatı kommunist komanda, xalqı, kapitalist bir həyat içində yaxşıca əzdirməkdə; üstəlik bir tərəfdən də dinsizlik və əxlaqsızlıq təlqinlərini sıx-sıx davam etdirməkdədir. Beləcə Rusiyada, sıx təlqinlərin və taktikaların nəticəsində əxlaqi dəyərlərindən yaxşıca uzaqlaşan, Allahın varlığını unudan bir cəmiyyətin kommunizmi qəbul etməməsi üçün bir səbəb qalmayacağı hesablanır.
 
 
 
 
30/01/09
Qenire Paşayeva: “Dünyanın her yerinde obyektiv tarixe esaslanan abide ve memorialların ucaldılmasına hörmetle yanaşmalıyıq”
 
Strasburq. Fuad Qulubeyli-APA. “SSRİ işğalı dövründe Azerbaycan xalqına mexsus abideler dağıdılır, evezinde sovet ideologiyasına xidmet eden abide ve memoriallar qurulurdu. Xalqı narazı salan bu abide ve memoriallar milletin azadlıq düşüncesini, milli tarixi yaddaşını mehv etmeye, totalitar rejimlerin, kommunizmin möhkemlenib, yayılmasına xidmet edirdi”. APA-nın Avropa bürosunun melumatına göre, bu fikirleri Azerbaycanın AŞ PA-da nümayende heyetinin üzvü, millet vekili Qenire Paşayeva qurumun qış sessiyasında çıxışı zamanı söyleyib. O bele abideler vasitesile Azerbaycan dövleti ve xalqı üçün yalançı tarix yaradıldığını deyib: “Müselman Şerqinde ilk demokratik parlamentli respublika olan Azerbaycan Demokratik  Respublikasını işğal ederek, Azerbaycanı sovetleşdiren ve kommunizm ideologiyasını yayan Qızıl Orduya Azerbaycanın en gözel yerlerinde abideler, memoriallar qoyulmuşdu. Bunun ardınca sovet ideologiyasının ve totalitar kommunist rejiminin rehberleri olan Lenin, Stalin ve digerlerine yüzlerle abideler qoyulmuşdu. Dehşetlisi odur ki, 1918-ci ilde Bakıda Azerbaycan xalqının soyqırımını teşkil eden, Stepan Şamuyanın rehberlik etdiyi 26-lar adlandırılan bir qrupa ölkenin müxtelif yerlerinde memorial abideler ucaldılmışdı. Bir çox hallarda bu abidelerle xalqın milli heysiyyeti alçaldılır ve tehqir edilirdi. Meselen 1905-1906-cı ve 1918-ci illerde ermeni silahlı birleşmeleri terefinden soyqırımına meruz qalan azerbaycanlıların kütlevi mezarlığı dağıdılaraq eylence mekanına çevrilib ve orada minlerle azerbaycanlının mehvinde iştirak etmiş Kirova heykel  qoyulmuş ve memorial kompleks yaradılmışdı”. Qenire Paşayeva bu cür hallara qarşı etiraz eden sade insanların o zaman teqiblere meruz qaldığını ve mehv edildiyini bildirib: “Tebii ki, Şerqi Avropada sosialist rejimlerin çökmesinden, SSRİ-nin dağılmasından sonra müsteqillik respublikaların yaranması şeraitinde xalqlar, o cümleden azerbaycanlılar yalançı tarix ve xalqları esaretde saxlamaq ideologiyasına xidmet eden bu abideler ve memorialları qebul ede bilmezdi. Tarixi heqiqetlere esaslanan abide ve memoriallar heç kim terefinden etirazla qarşılanmamalıdır. Meselen, Sovet İttifaqı dövründe, 1918-ci ilde ermeni silahlı birleşmeleri terefinden dinc azerbaycanlılara qarşı töredilmiş soyqırımı açıq şekilde gösteren kütlevi mezarlıqlarda memorialların qoyulmasına icaze verilmirdi. Avropa Şurası Parlament Assambleyasının prezidenti cenab De Puç Azerbaycana seferi zamanı Quba bölgesinde yerleşen ve dinc insanlara qarşı töredilen soyqırımı gösteren kütlevi mezarlığa baş çekmiş ve gördüyü menzereden dehşete geldiyini vurğulamışdı. Bizde hemin kütlevi mezarlığı ve orada dinc insanlara qarşı hansı vehşiliklerin töredilmesini gösteren videorolikler var ve maraqlanan millet vekillerine teqdim ede bilerik. Burada yaradılan abideye tarixi yaddaşın berpası kimi baxmalıyıq ve meqsed bu hadiselerin bir daha tekrarlanmaması üçün insanlığın ders almasıdır. O cümleden müasir tariximizin faciesi olan, 1992-ci ilde Ermenistan Silahlı Qüvveleri terefinden dinc azerbaycanlılara qarşı töredilen Xocalı soyqırımı qurbanlarının xatiresine ucaldılan abideye de bu baxımdan yanaşılmalıdır. Biz dünyanın her yerinde obyektiv tarixe esaslanan abide ve memorialların ucaldılmasına hörmetle yanaşmalıyıq. Lakin yalançı ve uydurma tarix, ideologiya ve düşüncelere esaslanan, meqsedi diger xalqlara, dövletlere, toplumlara nifret ve düşmençilik tebliğ eden abide ve memoriallara qarşı etirazımızı ikili standartlara yol vermeden bildirmeliyik”. Qenire Paşayeva AŞ PA-da bu mövzuda geden müzakirelerde Ermenistanın nümayiş etdirdiyi münasibetden narahat olduqlarını bildirib: “Bilirsiniz ki, 1988-ci ile qeder Ermenistanda, öz ata-baba torpağında 100 minlerle azerbaycanlı yaşayırdı. Onlara mexsus yüzlerle abide ve memoriallar var idi. 1948-53 cü illerde Ermenistandan 150 minden çox azerbaycanlı deportasiya olunub. 1980-ci illerin sonunda bu siyaset davam etdirilib, Ermenistan rehberliyinin apardığı etnik temizleme siyaseti neticesinde bu ölkede yaşayan bütün azerbaycanlılar, yeni 250 min insan zorla qovulub, Ermenistan monoetnik dövlete çevrilib. Azerbaycanlılara mexsus bütün abide ve memoriallar vehşicesine dağıdılıb. Bundan başqa bilirsiniz ki, Ermenistan Azerbaycan erazilerinin 20 faizini işğal edib ve bu gün de işğal altında saxlayır. Çox teessüf ki, Ermenistan Silahlı Qüvveleri işğal altında saxladıqları Azerbaycan torpaqlarında da xalqımıza mexsus abide ve memorialları mehv edib ve bu proses bu gün de davam edir. Yerinde ise heç bir tarixe esaslanmayan qondarma abide ve memoriallar yaradılır ki, biz birlikde buna qarşı öz keskin etirazımızı bildirmekle yanaşı prosesin qarşısını almaq üçün teşkilatın malik olduğu hüquqi mexanizmlerden istifade etmeliyik”.
Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol