kommunist terroru

KOMMUNİST TERROR

Lenin: "Bəziləri bizi zalımlığımız səbəbiylə günahlandırdıqları zaman, bunların ən sadə Marxist prinsipləri belə necə unuda bildiklərinə heyrət edirik." (Pravda, 29 Oktyabr 1918)

Kommunizm 1917-dən etibarən 120 milyona yaxın insanın ölümünə səbəb olmuşdur...

Qətliamlar və şiddət kommunizmin nəzəriyyəsində var:

"Marx və Engels inqilabın hər zaman qüvvət hesabına olacağını müdafiə edirlər. İnqilabçıların hakim gücə qarşı şiddət istifadə etmək məcburiyyətində olduqları barəsində israrlıdırlar və hər zaman terrorizmə verdikləri dəstəyi açıq şəkildə ifadə etmişlər." (Sovet Strategy of Terror, Samuel T. Francis, s.54)

 

"Terroru prinsip olaraq heç vaxt rədd etmədik və heç bir zaman da rədd etməyəcəyik." (Lenin Collected Works, Moskva, cild 9, s.19)

"Propaqandaçılar hər qrupu sadə bomba formulları ilə təchiz etməlidir. Onlara işin mahiyyəti haqqında açıqlamalar verməli və sonrasını da onlara həvalə etməlidirlər. Qruplar dərhal hərbi təhsillərinə, əməliyyatlara qatılaraq başlamalıdırlar. Bəziləri bir casusun öldürülmə işini və ya bir polis bölməsini bombalama vəzifəsini boynuna götürməlidir. Digər hissəsi isə bank soymalıdır…" (Lenin Collected Works, cild 9, s. 346)

"Biz siyasi cinayətlərə tamamilə qarşı deyilik, ancaq inqilabçı taktikalar baxımından fərdi hücumlar münasib deyil və zərərlidir. Yalnız geniş xalq kütlələriylə edilən hücumlar ağıllı siyasi mübarizə olaraq qəbul edilə bilər. Yalnız geniş xalq kütlələriylə birbaşa əlaqəli olan fərdi terrorist hərəkətlər dəyər daşıyırlar." (Lenin Collected Works, cild 35, s.238)


DARVİNİZM = MATERİALİZM = MARKSİZM = ANARŞİZM

Karl Marx: "Darvin'in əsəri büyük bir əsərdir. Tarixdəki sinif mübarizəsinin təbiət elmləri baxışından təməlini təşkil edir"

Stalin: "Gənç nəsillərin zehnini yaradılış düşüncəsindən arındırmaq üçün onlara tək bir şeyi öyrətməliyik: Darvin'in fikirlərini"

Lenin: "Marx'ın nəzəriyyəsinin hamısı, təkamül nəzəriyyəsinin, ən tutarlı, ən tam, ən düşünülmüş və əsaslı formada çağdaş kapitalizmə tətbiqidir. Marx'ın açıqlamalarının böyük dəyəri, burada da, materialist diyalektliyi, təkamül nəzəriyyəsini, tutarlı biçimdə tətbiq etmək və kommunizmi, kapitalizmdən etibarən inkişaf edən bir şey olaraq düşünməkdir."

Mao: "Çin sosializminin təməli Darvin'ə və təkamül nəzəriyyəsinə dayandırılıb."

Engels: "Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləməktədir. Bununla əlaqədar hər kəsdən öncə Çarlz Darvin'in adı anılmalıdır."

Trotsky: "Darvin'in kəşfi, bütün organik maddə sahəsində dialektliyin (dialektik materializmin) ən böyük zəfəri oldu."

XX əsrin qanlı liderlərinin öyərək bəhs etdikləri Darvinizm, materializmi, bölücü terroru, anarşizmi doğuran sapqın inanc sistemidir. Bütün insanların başıboş və məsuliyyətsiz olduqları və dünyada var olan vütün canlıların yaşamaq üçün savaşmaq məcburiyyətində olduqlarını, digər canlılar kimi insanların və tarixin də inkişaf etmək üçün vuruşması lazım olduğunu müdafiə edən bu təsadüf fəlsəfəsi, 150 ildən bəri bütün dünyanı qan gölünə çevirmişdir. Darvinist propaqandanın və onun dəstəklədiyi dialektik materializmin təsirinin qalxması və gənclərin cəfəngiyyatdan uzaq şəkildə tərbiyələndirilməsi ilə, bir çox təhlükəli ideologiyanın da həyat damarları kəsilmiş olacaq və dünya bu bəlalardan təmizlənəcəkdir. 

MARX VƏ ENGELSİN CƏHALƏTİ

Marx və Engels, canlıların dialektliyi iddialarına, Darvinin təkamül nəzəriyyəsinin elmi bir dəstək təmin etdiyini zənn edirdilər. Halbuki böyük bir yalnışın içində idilər. Bu yalnışın ən önəmli səbəblərindən biri isə, yaşadıqları dövrdə elmi səviyyənin olduqca geri olması idi. 

O dövrdə istifadə edilən mikroskoplarda hüceyrə bəsit bir ləkə kimi görünürdü. Halbuki bu gün, hüceyrənin nəhəng bir kosmik gəmidən daha kompleks bir struktura sahib olduğunu elektron mikroskoplarla görmək olur. 

O dövrün labaratoriyaları bir neçə sınaq şüşəsindən və bəsit bir neçə alətdən ibarət idi. İndi isə, son dərəcə məhsuldar kompyuterlər və ən təkmil texnologiyaya sahib labaratoriyalar alimlərin xidmətindədir.

O dövrün geri qalmışlığı içində hüceyrənin nə olduğundan belə xəbəri olmayan Engels, Təbiətin Dialektliyi adlı kitabında təkamül nəzəriyyəsinin isbatlanmış bir həqiqət olduğunu söyləməkdə bir qüsur görməmiş və belə demişdi:

“Bütün çox hüceyrəli orqanizmlər istər bitkilər, istər insan hər cür şəraitdə hüceyrənin bölünməsi qanununa görə bir hüceyrədən əmələ gəlirsə, bu orqanizmlərin sonsuz müxtəlifliyinin qaynağı nədir? Bu sual, ilk dəfə Darvin tərəfindən əhatəli şəkildə ortaya qoyulmuş və sübut olunmuş təkamül nəzəriyyəsi ilə cavablandı” (Friedrich Engels, Doğanın Diyalektiği, s. 251-252)

Marx və Engels təkamül nəzəriyyəsinin isbatlandığını zənn edərək elmi həqiqətlərdən uzaqdırlar.

Amma bu gün ən qatı təkamülçülər belə təkamül nəzəriyyəsinin isbatlanmadığını etiraf etməkdədirlər:

Dr. Robert (Nobel Mükafatlı, məşhur təkamülçü):

Acı həqiqətdir ki: Biz alimlər indiyə kimi heç bir alimin sübut edə bilmədiyi təkamülü isbat etməyə çalışırıq.

Herribert Nillson (təkamülçü alim):

Təkamülü bir sınaq ilə isbat etmə cəhdləri 40 ildən çox davam etdi və müsbət nəticə alınmadı. 

Müasir Darvinist-Marksistlər, XIX əsrin son dərəcə primitiv şəraitində, cahilliklə ortaya atılmış fikirləri, XXI əsrdə böyük bir əzmlə müdafiə etdirirlər. Bu əzmkarlığa göz yumulmamalı, gənc nəsillərə XXI əsrin elmi həqiqətləri anladılmalıdır.

Yazar: rethink
mənbə:www.rethink@azeriblog.com

Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 3 ziyaretçi (55 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol