kommunizm

 

kommunizm

KOMMUNİZM:
Kommunistlər tarixin davamlı təkamül içində irəlilədiyinə, köhnə cəmiyyətlərin müasir cəmiyyətlərə nisbətən ibtidai olduğuna inanırlar. Başqa sözlə, keçmişdəki peyğəmbərləri və ya insanları, minlərlə il əvvəl vəhy edilmiş müqəddəs kitabları əksiltməyə çalışırlar. Halbuki, sahib olduqları ideologiya və ruhi halları zatən Allahın bizlərə 14 əsr əvvəl Quran-i Kərimdə bildirdiyi aldanış, cəhalət və psixoloji pozuqluqdan ibarətdir. Hər nə qədər özlərini "tarixin ən irəli mərhələsi" hesab etdikləri kommunizmin liderləri kimi görsələr də, tarixin dərinliklərində qalmış Misir Fironu ilə ortaq xüsusiyyətlərə malikdirlər.

 

Çünki həqiqətən tarixdə, insan zəkası və quruluşu baxımından "irəliləyiş" yoxdur. Minlərlə il əvvəlki insanlar da bugünki insanlarla eyni xüsusiyyətlərə malikdir. Mədəni və texnoloji baxımdan isə zaman-zaman irəliləyiş və geriləmə olmuşdur. Məsələn, Hz. Süleyman dövründəki texnologiya, Misir dövründəki piramidaların inşaat texnikaları XXI əsr təcrübəsi ilə hələ də dərk olunmayıb. Bəzi sivilizasiyaların çox qabaqcıl mədəniyyət və texnologiya təcrübəsi olduğu, onlardan qalan əsərlərdə açıq şəkildə görülür. Ancaq heç bir dövr üçün sabit inkişaf yoxdur. Bəzən irəliləyiş, bəzən geriləmə olmuşdur.

İnsanların quruluşu baxımından Allah, müəyyən insan tipləri, müəyyən düşüncə strukturları yaratmışdır və tarix bunların arasında yenə Allahın təyin etmiş olduğu qanunlara görə işləyir. Quranda Allahın sünnəsinin, yəni təyin etdiyi ictimai qanunların əsla dəyişmədiyi belə xəbər verilir:
"Allahın (onlardan) öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda (sünnəsində) əsla dəyişiklik görməzsən!" (Əhzab 62)

Yer üzündə kommunist ideologiyanın mövcudluğu da Allahın sünnəsiylə olmuşdur. Allah istədiyi üçün insanlar kommunizm kimi vəhşi, qaranlıq və barbar ideologiyaya inanmışlar. Allah istədiyi üçün kommunizm XX əsri qan gölündə boğmuşdur (Tarixçilərin hesablamalarına görə, kommunist ideologiya səbəbiylə XX əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, müharibə dövründə cəphədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır), Allah belə bir şeyi istəmişdir, çünki XIX əsrdə Darvinizm sapqınlığına inanaraq dinsizliyi seçənlər, kommunizmə - və digər tərəfdən də faşizmə - layiq görülmüşlər. Bir ayətdə Allahın bu sünnəsi belə açıqlanır:
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad əmələ gəldi. Ümid edilir ki, qayıdarlar deyə (Allah) onlara etdiklərinin bir qisimini özlərinə daddırmaqdadır.” (Rum Surəsi, 41)

 

SOLZHENITSYN:

Bu ilahi qanun haqqındakı sosioloji təsbiti Nobel mükafatçısı məşhur Rus yazıçı Alexander I. Solzhenitsyn müəyyən etmişdir. Kommunizmi şiddətlə tənqid edən Solzhenitsyn 1983-ci ildə Londondakı çıxışı zamanı öz xalqının başına gələn fəlakətin səbəbini belə şərh edir:

Yarım əsr əvvəl, uşaqlıq illərimdə, yaşlıların Rusiyanın başına gələn fəlakətlərin səbəbi üçün belə dediklərini xatırlayıram: "İnsanlar Allahı unutdular, bütün bu fəlakətlərin səbəbi budur." O zamandan bəri, 50 ildir inqilabımızın tarixi üzərində çalışmışam, yüzlərlə kitab oxumuşam, yüzlərlə şahid dinləmişəm, səkkiz cild kitab yazmışam. Amma 60 milyon insanı məhv edən inqilabın ana səbəbini düstur şəklində yazmamı istəsəniz bunu təkrarlamaqdan başqa bir şey edə bilmərəm: İnsanlar Allahı unutdular, bütün bu fəlakətlərin səbəbi budur. (Edward E. Ericson, Jr., Solzhenitsyn - Voice from the Gulag, Eternity, Oktyabr 1985, s. 23- 24)

Solzhenitsyn ən məşhur əsərlərindən olan The Gulag Archipelago, 1918-1956`da (Qulaq Arxipelağı, 1918-1956) kommunist rejimin barbarlığını açıq şəkildə göstərmişdir. Rus dilində "gulag" deyilən toplama düşərgələri, adətən Sibir kimi öldürücü şərtlərin hakim olduğu bölgələrdə qurulmuşdu. Sovet rəhbərliyinə qarşı olduğu düşünülən milyonlarla insan həbs olunaraq gulaglara göndərildi. 1928 və 1953 illəri arasında (Stalin dövründə) gulaglara cəmi 30 milyondan çox insanın göndərildiyi hesablanılır. Bunların üçdə ikisindən çoxu, yəni ən az 20 milyon insan bu düşərgələrdə ölmüşdür. Aclıq həddində yaşayan və gündə 14-16 saat işlədilən məhbuslar, düşərgə gözətçiləri tərəfindən adi bəhanələrlə edam edilmişdir. Bəzi məhbuslar qəsdən aclıqdan öldürülmüş, bəziləri kifayət qədər qidalanmama və qorxunc həyat şərtləri səbəbiylə fiziki olaraq çökərək can vermişdir. Cırıq və incə paltarlarla Sibir soyuğunda işlədilən məhbuslar da donaraq ölmüşdür. Gulag məhkumlarının donma vurmadan əvvəl əl və ayaq barmaqlarının düşdüyü, qulaq və ya burunlarının "qırılaraq" qopduğu, bu şəkildə yüz minlərlə insanın əzab çəkərək öldüyü, bilinən həqiqətlərdir. Solzhenitsyn The Gulag Archipelago, 1918-1956 adlı kitabında oxşar dəhşət nümunələrini detalları ilə göstərir.

Kommunizm, insanların Allahı unutmalarının nəticəsində ortaya çıxmış bəladır. Dinsiz cəmiyyətin nə qədər mərhəmətsiz, vəhşi və barbar ola biləcəyini, Allahı inkar edən Darvinizm, materializm kimi fəlsəfələrin necə nəticə doğurduğunu isbat edən canlı nümunədir. İnsanlar kommunizmin gətirdiyi bəlaları gördükcə, din əxlaqı ilə dinsiz cəmiyyətlər arasındakı böyük fərqi görə bilmişlər. Bu da, insanlığın qurtuluşu baxımından tək həllin din əxlaqının yaşanması olduğunun başa düşülməsinə səbəb olmuşdur.

Ancaq unudulmamalıdır ki, insanlar Allahı inkar edib sözü gedən fəlsəfələrə bağlanmağa davam etdikləri müddətcə, kommunizm və oxşar sapqın ideologiyalar da həyat sahəsi tapacaq. İnsanlar yuxarıdakı ayətdə ifadə edildiyi kimi "öz əllərinin etdikləri səbəbindən quruda və dənizdə fəsad ortaya çıxması"nı istəmirlərsə, əvvəlcə sözü gedən ideologiyalardan uzaqlaşmalı və başqa insanları da uzaqlaşdırmalıdırlar. Bunu reallaşdıra bilmək üçün əvvəlcə edilməsi lazım olan isə bütün bu ideologiyalara sözdə elmi dayaq olaraq qəbul edilən Darvinizmin elmi çöküşünü və qaranlıq üzünü insanlara tanıtmaqdır.

P.S. Solzhenitsyn “İki yüz il birlikdə” adlı kitabında Rusiya və Yəhudi münasibətlərindən yazır və 1905, 1917 Rus kommunist inqilablarının arxasında yəhudilərin olduğunu söyləyir.

Hazırlayan: Zəkəriyyə
mənbə:www.rethink.azeriblog.com

Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 3 ziyaretçi (54 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol