Bir məktub
Bir məktub

 Bu məktubu oxumağınızı məsləhət görürəm


 “O gün gələcək”!Məndə deyirəm: “O gün gələcək”,hardasa yaşıl ağacın altında uzanıb,dünyaya iynə deşiyindən baxan bir sərxoşda!Müstabid də gözləyir o günü,müştəbeh də.şirin avazıyla bizə “layla” çalan müğənni də,doğru da,yalan da gözləyir o günü.zəiflər də o gündən əlini üzməyib,güclülər də.Öz komunist əxlaqı ilə başda oturan baş biləndə,illər boyu əzizləyib gəzdirdiyi partbileti əlindən alınan məhbus da deyir:
  “O gün gələcək”!
  Siz “bir balaca gərgin vəziyyətə yarananda...təbəssümləri dərhal çəkilib gedən çox adam gprmüsünüz”.Ona görə də güman etmək olar ki,özünüz belə xislətdən uzaqsınız və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsınız.Həm də yazdıqlarımın hər üç cümlədən biri Sizin olduğu üçün oxumalısınız!
  Hələ 16 yaşım olanda sizin “məni insan ömrünün uzunluğu yox,onun mə'nası maraqlandırır”kəlamınızı şüar kimi qəbul etmiş,illər keçdikcə yaradıcılıq nəaliyyətlərinizlə fərəhlənmiş,ondan qidalanmiş,nəhayət,bu günə gəlib çatana kimi çırpınmışdım,məhz bu dəm,bu an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəcüblənmiş,ondan heyrətə gəlmişdim!
  Əcəba,necə olur ki,”İRAN İNQİLABINI,İNKİŞAF ETDİRMƏYƏ QOYMADILAR”deyə təəssüflənirsiniz,ancaq inqilabın qələbəsidən sonra getdikcə tənazzülə uğrayan Sovet qanunlarını qorumağa çalışırsınız?
  Necə olur ki,min verstlik məsafədən ”BU GÜN İRANDA,AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA ON MİNLƏRLƏ MÜTƏRƏQQİ,NAMUSLU VƏTƏN ÖVLADLARININ QANI TÖKÜLÜR,YENƏ AZAD FİKİRLƏR BOĞULUR,YENƏ ZİNDANLAR ON MİNLƏRLƏ ADAMLA DOLUR”deyib yana bilirsiniz,ancaq burda,sizdən iki kilometrlik məsafədə yerləşən Bayıl zindanında müasir istibdadın qurbanı olan iki min millət balasının halına acımayırsınız?Niyə iranlıların”ÇOXMU SÜRƏCƏK BU ƏMƏLLƏRI?sualına “MƏZDƏK,BABƏK, KOROĞLU,SƏTTARXAN,ŞEYX MƏHƏMMƏD,XOSROV RUZBEH,QAZİ MƏMMƏD TARİX KİTABININ SƏHİFƏLƏRİNDƏN BAŞ QALDIRIB – YOX!”- deyə bilir,ancaq siz,mənim bir ideal kimi inanıb,yazdıqlarına səcdə etdiyim xalq yazıçımız öz yumşaq kreslosundan qalxıb,səhər günaşinin gabağını kəsənlərə özünü göstərmir,məhbuslar ordusunun “çoxmu sürəcək bu zülmü?”sualına “Yox!”deyə cavab vermək istəmirsiniz?bacarmırsınız,yoxsa şəxsiyyətinizə sığışdırmırsınız?
  Həyatın özünü bədii çalarlarla tərənnüm etmək üçün qırmızı boya yox,Hüqo dühası,Balzak inamı,Drayzer zəkası,Dostoyevski dərrakəsi gərək!
  Yaradıcılığının əvvəli isti yorğan döşək,sonu rahat kabinet olanlar nə qədər “Xalq,Xalq!”deyib qışqırsalar da,Xalq onları eşitməyəcək!Qfiron qüruru,Neron qeyrəti ilə vəzifə başında oturanlara Xalq deyilməz.Əzilən,qara çörək həsrəti ilə başında qoz sındırılan kimsəsizlər,indisini və sabahını “O gün gələcək” deyən möhtərəm yazıçılara bağlayan milyonlardır xalq!
  “MƏNİM XALQIM ƏSRLƏR UZUNU AZADLIĞI VƏ İŞIĞI SOVET QURULUŞUNDA TAPMIŞDIR”deyərkən Siz hansı azadlığı,hansı işığı nəzərdə tuturduz?Şəxsən özünüzün və sizin kimilərin,yaxur yeddi qıfıl arxasında,beton döşəmə,beton divar,beton tavan və dəmir barmaqlıq arxasında yaşayanların azadlığından danışırsınız?Geniş kabinetinizə,yaraşıqlı mənzilinizə lay pəncərənin tül pərdəsindən düşən günəş işığını,yoxsa 40 vatlıq elektrik lampasının dəmir çərçivə arxasından süzülən zəif işığını?
  “MƏNƏVI DÜNYAMIZDAN,HƏYAT EŞQINDƏN VƏ XEYRƏ GƏRÇƏKLİYƏ İNAMDAN QİDALANMIŞ DAXİLƏN GƏLƏN NUR” qoy sizi bəzəsin;o nnur,o işıq “SƏNƏT MƏ”BƏDİNDƏ XİDMƏT sizi İKİQAT NÖVRƏQLƏNDİRSİN”;bəlkə ondan sonra geniş kabinetinizdən bir anlq ayrılıb,ömür boyu dediklərinizin,yazdıqlarınızın həyata təcəssümünü görmək üçün insanlara diqqət yetirəsiniz.Axı,Siz “GÖZLƏRİN QULAQLARINDAN ÇOX E'TİBAR EDƏN”yaradıcı xassiniz!Bəlkə ağ gününə fərəhləndiyiniz millətin adıyla aldığınız “Ulduz” Sizə ilham verə,neçə illərdən bəri nağıllaşıb daşlaşmış ürəyiniz riqqətə gələ,bu müdhiş mə'bədə ayaq basıb deyəsiniz:”Mənəm” Gələcək günün carçısı,Sovet qanunlarının tərənümçüsü.Mən büt Mirzə İbrahimov yox,insan Mirzə İbrahimovam”.
  Mən də tutam nəvazişlə Sizin yazan əllərinizdən,öpüb qoyam gözlərimin üstünə və gəzdirəm Sizi Bayıl türməsinin çoxsaylı kameralarını.
Yox! İstəmirsiniz!Burda məskən salan iri tarakanlardan iyrənirsiniz! “Osujdyonka”da 60 nəfər “Zek”in doldurulduğu 25-30 kvadratmetrlik kameralarda üfunət iyi boğar sizi!Ağ rəngli bitlər daraşar canınıza! Siz axı nə günahın sahibisiz ki,gəlib bu yerlərə düşəsiniz?Gəlməyin!Biz də sizin yazdıqlarınıza inanıb,bu yol ayrıcında tərəddütlər içində cana doyaq və intihar yolunu daha məqsədə uyğun hesab edək!Özümüz özümüzdən,öz cismimizdən intiqam alaq!
  “O günün” gəlməyəcəyinə əmin olub intiqam alaq! Və intiqam qabağə deyək:”Qatilimiz qalın kitablarıyla gözlərimizi pərdələyən,həqiqəti bizə başqa rəngdə çatdıran İbrahimovdu!
  Qoy mənim bu bir ovuc qanım sizin qələm tutan əllərinizə tökülsün!Qoy bundan sonra bir sətir belə yazmaq istəyəndə əllərinizdə qan ləkələri görünsün ki.heç olmasa bundan sonrakı nəsil üçün qırmızı boyalı dünya yaratmayasınız!
  Sizin öyrətdiklərinizlə həyatın diktə etdikləri uzlaşlırsa,ənim aldığım tərbiyyə prokror həzrətlərinin tərbiyyəsinə və müasir tələblərə uyğun gəlmirsə,Sizin yazmağa,mənim yaşamağa haqqımız yoxdu!Bizə şatdıra bildiyiniz ideya,tərənnüm etdiyiniz millətin çox-çox övladlarının gözünə mil çəkib,boğazına ərinmiş qurğuşun töküb.Milyonların həyat həqiqətindən bixəbar böyüməsində xüsusi xidmətiniz olub!...
  Nəhayət xatırladıram:
  “...SAHİLƏ GEDİB DƏNİZİN,GAH LİRİK GAHDA GURULTULU ÜSYANKAR NƏĞMƏLƏRİNƏ QULAQ ASARKƏN...”yada salın ki,gözünüzü oxşayan anamız xəzərin suyuna necə “Vışak”ın qanı qoşulub.
  Qırçın dalğaların üstünüzə çiladiyi duzlu damlaların bir qismi də mənim Bayıl divarları arasında axıtdığım göz yaşlarıdır.Körpələrimin də ata həsrətindən tökülən göz yaşları qarışıb bu suya!
  İçin bu göz yaşlarından doyunca!
  “Millət – millət” deyən diliniz bu göz yaşlarının duzundan cadar – cadar oluncayadək için! İçin - mənim bu al qanımı və duzlu göz yaşlarımı! Sizə halal edirəm!
  PS:qırmızı yazılarla Sizin öz sözləriniz,qaralar mənimdir.Ömrümüzün təzadının eynidir.”
Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 1 ziyaretçi (3 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol