KOMMUNİZMİN İÇ ÜZÜ

KOMMUNİZMİN İÇ ÜZÜ


Sistemin Saxta Müxalifi: Sosializm
Masonluğun və Yəhudi ənənəsinin liberal kapitalizmin inkişafındakı böyük rolu aydın olan bir şeydir: Kapitalizmin Yəhudi mədəniyyətindən qaynaqlandığı bilinməyən mövzu deyil. Masonluğun "burjua təşkilatı" olduğu və liberal kapitalizmlə böyük uyğunluq içində olduğu da hər kəs tərəfindən bilinir. Ancaq əsl maraqlı olan Yəhudi liderləri və masonlar arasındakı İttifaqın sosializmin inkişafında da böyük köməyinin olmasıdır. Masonluq "burjua təşkilatı" olmasına və bir çox sosialistin qəbul etmək istəməməsinə baxmayaraq sosializmin doğulması və inkişafında da masonluq böyük rol oynayıb. Bundan əlavə sosializm, eynilə kapitalizm kimi Yəhudi ənənəsindən böyük ölçüdə təsirlənmişdir.

 

İlk əvvəl ziddiyyət kimi görünən bu vəziyyət həqiqətdə bizlərə Yəhudi liderləri və masonlar arasındakı İttifaqın qurmuş olduğu Sistemin quruluşu haqqında çox əhəmiyyətli bir şey göstərir. Sistemin təməl xüsusiyyəti sekulyar, yəni dinsiz olmasıdır. İttifaq ancaq sekulyar (dinsiz) cəmiyyətlərə hakim ola bilər. Ancaq sekulyar cəmiyyətləri, modernizmin nemətlərini onlara yem olaraq istifadə edərək özünə itaatkar edə bilər. Bu səbəblə Sistemin ayaqda qalması sekulyarizmin yaşadılmasına bağlıdır. Buna görə də Yəhudi liderləri və masonlar arasındakı İttifaq, Sistemə qarşı meydana gələcək hər cür müxalifəti bu sekulyar (dinsiz) xətt içində tutmağı hədəfləmişdir.

Judeo-Masonik İttifaqın dini avtoriteti (Avropada Kilsəni) yıxdıqdan sonra qurduğu Sistem təməldə kapitalist idi. Ədalətsizlik və istismar sistemi olan kapitalizmə qarşı etirazın meydana gəlməsi isə qaçılmaz idi. Hələ XIX əsrin vəhşi kapitalizminə qarşı təbii olaraq xalq hərəkatları başlamışdı. Ancaq İttifaq üçün əhəmiyyətlisi bu xalq hərəkatlarının istiqaməti idi: Bu hərəkatlar Sistemin təməl xüsusiyyəti olan sekulyarizmə (dinsizliyə) qarşı çıxmadıqca ciddi təhdid meydana gətirə bilməzdilər. Buna görə də İttifaq bu hərəkatları açıq şəkildə basdırmaq yerinə (hansı ki, bu təhlükəli üsul olardı), onları istiqamətləndirməyi seçdi. İttifaqın qurduğu kapitalist Sistemə qarşı inkişaf edən etiraz bir növ saxta müxalifət ilə idarə altına alınmalı idi. Bu saxta müxalifət, özünə bağlananlara Sistemdən qurtuluş vəd edəcək, ancaq Sistemdən qurtuluşun yeganə həqiqi yolu olan dinin inkişafına xüsusilə maneə törədəcəkdi. Beləcə, Sistemə qarşı inkişaf edən xalq müxalifəti təhlükəli yola girib dinə yönəlməkdən uzaq tutulacaqdı.

Sol ya da sosializm belə doğuldu. Sosializmin tezisi çox maraqlı idi: Kütlələrə, "Sistemə qarşı müqavimət göstərin" mesajını verirdi. Ancaq bunu edərkən onları Sistemi yıxa biləcək tək güc olan dindən uzaqlaşmağa çağırırdı. Sosialistlər "dini tərk edin ki, Sistem yıxılsın" deyirdi. Beləcə Sistemə qarşı meydana gələn xalq etirazı bir növ labirint içində boğulmuş olurdu. Sosializm nağılından, əzilənləri məşğul etmək üçün bu günədək ustaca istifadə edildi. Yeni Masonik Düzen kitabının 6-cı hissəsində Sovet-Amerikan qarşıdurmasının pərdə arxasını araşdırarkən sosializimin "saxta müxalifət" olduğuna dair detallı məlumatlar var. Burada isə sosializmin doğuşundakı Yəhudi-masonik təsirə toxunaq.
 

Sosializmin Masonik Təməlləri

Sosialist-masonik ənənənin meydana gəlməsində ən əhəmiyyətli rol 1776-cı ildə Almaniya, Bavariyada qurulan "İlluminati" adlı lojaya məxsusdur. Lojanın Yəhudi əsilli qurucusu Adam Weishaupt təşkilatın məqsədlərini bu şəkildə sıralamışdı:

1. Bütün monarxiyaların və sistemli hökumətlərin ləğv edilməsi

2. Şəxsi mülkiyyətin və varisliyin ləğv edilməsi

3. Ailə və evlilik təşkilatının ləğv edilməsi və uşaqlar üçün kommunal təhsil sisteminin qurulması

4. Bütün dinlərin ləğv edilməsi.

(Eustace Mullins, The World Order: Our Secret Rulers, s. 5.)

Açıq şəkildə görüldüyü kimi bu proqram sosializimin elə özü idi və İttifaqın hədəflərinə də tamamilə uyğun gəlirdi. The Encyclopedia of Occult`un bildirdiyinə görə Almaniya daxilində getdikcə güclənən İlluminati hərəkatı bütün masonik ritualləri tətbiq etməklə bərabər əvvəlki ənənəvi mason lojalarından fərqlənən quruluşda idi. Əslində hüquq professoru olan Weishaupt təşkilata qatılan yüzlərlə intellektual üzərində böyük nüfuz qurmuşdu. Təşkilat üzvlərinin yalnız az hissəsi "böyük ustad"la, yəni Weishauptla üz-üzə görüşə bilirdi. 1780-də Alman mason lojalarının ustadlarından olan Baron Von Kniggenin iştirakıyla təşkilatın gücü əməlli-başlı artdı. Weishaupt və Knigge Almaniyada "sosialist" dediyimiz inqilab hazırlığına girişdilər. Lakin hökumətin vəziyyətdən xəbərdar olması səbəbindən İlluminati ustadları Weishaupt və Knigge təşkilatı dağıdıb normal mason lojalarına qatılmağa qərar verdilər. Birləşmə 1782-də reallaşdı. Okult tarixçilər tərəfindən qəbul edildiyinə görə Fransız İnqilabında rol oynayan sosialistlərin arasında Babeuf və Blanqui kimi İlluminatililər də əhəmiyyətli yer tuturdu. (Lewis Spence, The Encyclopedia of the Occult, s. 223.)

Bu, masonların və Yəhudi liderlərinin çoxdan bəri niyyətində olduqları monarxiyaları və dini nüfuzu yıxma hədəfinə bir də "xüsusi mülkiyyətin və ailənin ləğv edilməsi" anlayışını əlavə edərək sosialist forma gətirdi. Dini nüfuza qarşı rəftarları isə son dərəcə radikal idi. Michael Howard, Weishauptun dinə qarşı "pataloji nifrət" duyduğunu yazır. (Michael Howard, The Occult Conspiracy, s. 63.)


Kommunist Manifestinin Sifarişi

Bu dövrdə, yəni 1800-lərin əvvəllərində İlluminati ənənəsini Almaniya daxilində qorumağa çalışan yeni təşkilat quruldu. Dərnəyin adı "Dürüstlər Birliyi" idi. Bir müddət keçdikdən sonra adı "Kommunistlər Birliyi"nə çevrildi. Karl Marx və Friedrich Engels Kommunist Manifestini sözü gedən Kommunistlər Birliyinin sifarişiylə yazmışdılar... 1800-cü illər masonluqla sosializmin yaxınlıq etdiyi illər oldu. Blanqui, Proudhon və Bakunin kimi əhəmiyyətli nəzəriyyəçilərlə yanaşı bir çox hərbçi də lojaların üzvü idi. Masonluq-sosializm birliyinin ən açıq göstəricisi isə Paris Kommunası oldu. "İlk proletariat inqilabı" sayılan, Marx və Lenin tərəfindən ucaldılan Kommuna hərəkatı masonların liderliyində reallaşmışdı. Türkiyədə çıxan masonik Memar Sinan jurnalı "Paris Komunası qəhrəmanlarının çoxu mason idi. Barrikadaların üzərində masonların bayraqları və simvolları ilə vuruşmuşdular" deyir. (Mimar Sinan, sayı 13, s. 78.) Kommunadakı masonların böyük ustadı Thirifoc isə mason qardaşlarına "Kommuna, dünyanın ən böyük inqilabıdır. O, masonların qorumağa məcbur olduqları Süleyman Məbədidir" demişdi. (Gerard Sarbenesco, Histoire de la Franc-Maçonnerie Universelle, 4.b., Paris: 1969, s. 234.)

Sadəcə bunlar belə sosializmin anti-dini və anti-monarxik inqilabi hərəkat olduğunu və xalq etirazlarını əridəcək labirint olaraq İttifaqın mənfəətləri üçün istifadə edildiyini göstərir. Hər nə qədər sosialistlərin daxilində "anti-burjua" düşüncədən qaynaqlanan anti-masonik və anti-siyonist "dürüst" qanad olsa da, bu təməl həqiqət dəyişmir. Sistem dağıdan və iqtidar dəyişdirən hərəkat olan sosializm, sistem yıxma və iqtidarı ələ keçərmə hədəfindəki İttifaq üçün çox yararlı ideologiya olmuşdur.


“Yerüzü Cənnəti”nə Gedən Kəsə Yol: Sosializm

Sosializmin, İttifaqın digər qanadıyla da (yəni kapitalizmlə) fövqəladə yaxınlıq içində olması bu diaqnozu təsdiqləyir. Yəhudi yazar Əli Barnavi bu mövzu barədə belə deyir:

“Son iki yüz ildir yaşayan hər nəsil sosialist utopya üçün mübarizə edən az sayda, lakin seçmə Yəhudilər doğurmuşdur. Bəzi alimlər bu utopist təsiri Məsih ənənəsinin və Müqəddəs Kitabda kəhanət edilən ideal gələcək sözünün müasir və sekulyar versiyası olduğunu qəbul edirlər... (Xatırladaq ki, Yəhudi inancına görə bir gün “Məsih” (Qurtarıcı) gələcək, Fələstində İsrail dövləti qurulacaq, Məsih İsrailin düşmənlərini məğlub edəcək, yerüzü cənnəti yaşanacaqdır. Digər millətlər isə ya fəth ediləcək, ya öldürüləcək, ya da dinlərindən döndəriləcək.)

Fransız İnqilabıyla başlayan Yəhudilərin siyasi azadlıq qazanma hərəkatından sonra bir çox Yəhudi liberalizmin yavaş inkişafı səbəbiylə səbirsiz olmağa başlamışdı... Artan gözləntilər müasir antisemitizmin ilk qığılcımları ilə qarşılaşınca sosialist utopya Yəhudi camaatında özünə əhəmiyyətli yer tapdı.” (Ali Barnavi, A Historical Atlas of The Jewish People, s. 196.)


Bəli, liberalizmin yavaş inkişafı, Yəhudi liderlərini birbaşa və kəsə yol olan sosializmi dəstəkləməyə təhrik etdi. (Yəhudi inancındakı “yerüzü cənnətinə” müvafiq olaraq kommunizmdə utopik sosialist cəmmiyət modeli var.) XIX əsrdəki Yəhudi liderlərinin hədəfinin Yəhudilərin siyasi azadlıq qazanması və bununla yaşadıqları dövlətlərdə rəhbərliyə birbaşa təsir edəcək vəziyyətə gəldiyini xatırlayaq. Əgər "Məsihin ilk işıqları" olması lazım olan liberalizm bunu bacarmaqda çətinlik çəkirsə, niyə olduqca kəsə üsul olan sosializmə müraciət edilməsin?

Sosialist hərəkatın böyük hissəninin Yəhudilərin siyasi suverenliyi üzərində cəmləşməsi və bütün sosialist hərəkatlarda nəzəri cəlb edən Yəhudi təsiri olması olduqca maraqlıdır:

İlk sosialist hərəkatın qurucusu olan Saint-Simon Yəhudilərin siyasi azadlığa qovuşmasını 'olmazsa olmaz' bir şərt olaraq görürdü. Başqa cür desək, dəstəkçiləri arasında çox sayda Yəhudi intellektual və maliyyəçi tapmasını yadırğamamaq lazımdır. Amma Yəhudilərin sosialist fəhlə hərəkatına liderlik etdiyi əsl yer Almaniya oldu. Karl Marx'a və Friedrich Engels'ə kommunizmin təməli olan tarixi materializm anlayışını qəbul etdirən də sosialist Yəhudi idi: Moses Hess. Hess daha sonra sosialist Siyonizmin fikir atası da olacaqdı. 1863-də bir başqa Yəhudi intellektual Ferdinand Lassalle Almaniyadakı ilk gerçək fəhlə partiyasını qurdu.

Rusiyadakı sosialist hərəkat, Yəhudi fəhlələrin Bund’u (Rusiya, Litva və Polşanın Yəhudi Fəhlə Partiyası) 1897`də qurmasıyla başladı. Həmin dövrlərdə bütün sosialist inqilabi hərəkatların lider heyətində çox sayda Yəhudi vardı... Sosialist utopiya müxtəlif Yəhudi milliyyətçisi axınları da rəngləndirdi. 'Əgər istəsəniz, heç bir şey qeyri-mümkün deyil' Theodor Herzlin “Altneuland” adlı siyonist romanının şüarı idi. Hər nə qədər Moses Hess və digər bəzi sosialistlər tərəfindən bir az 'burjua' hesab olunduğuna baxmayaraq, Herzl'in düşüncələri və sosialist utopiya arasında əlaqələr var: Herzl və onu izləyən siyonistlər İsrail torpaqlarında sosialist prinsiplərə və Aydınlanmaya (Enlightment) bağlı bir cəmiyyət yaratma hədəfində idilər.

Sosialist utopiyadan Siyonizmə uzanan bağ həm Fələstindəki Yəhudi cəmiyyəti tərəfindən, həm də Martın Buber kimi önəmli fəlsəfəçilər tərəfindən vurğulanmışdır. (Ali Barnavi, A Historical Atlas of The Jewish People, s. 196.)

Yəhudi liderləri və masonlar arasında qurulmuş İttifaqın sosializmdən iqtidarı ələ keçirmənin kəsə üsulu olaraq istifadə etməsinin səhv seçim olmadığı isə ən yaxşı şəkildə 1917 Bolşevik İnqilabıyla sübut edilmişdir. İnqilabın heç də iddia etdiyi kimi "proletariat diktatorluğu" qurmadığı, tam əksinə "elitalar diktatorluğu" qurduğu bilinən bir şeydir. Maraqlı olan da sözü gedən "elita"ların İttifaqın üzvləri olmasıdır (daha ətraflı baxın - Yeni Masonik Düzen, 6-cı hissə).

Qısası, Sosializm, yəhudi liderləri (hahamlar) və masonlar arasındakı İttifaqın qurduğu Sistemə qarşı meydana gətirdiyi kontrol altındakı saxta müxalifətdir. Bununla XIX əsrdən bu yana dünyanın dörd bir tərəfində xalq kütlələri və idealist intellektuallarını Sistemə qarşı çıxdıqları hissiylə məşğul etmişlər. Halbuki İttifaqın dini nüfuzu ortadan qaldıraraq qurduğu Yeni Sekulyar Sistemin (1 dolların üzərində yazıldığı kimi Novus Ordo Seclorum) təməl xüsusiyyəti dinsiz olmasıdır. Başqa sözlə bu Sistem ancaq və ancaq sekulyarizmin (dinsizliyin) ortadan qaldırılmasıyla yıxıla bilər. Bu halda Qərbdəki bəzi dairələrin niyə İslamla bu qədər mübarizə apardığı da aydın olur. Çünki yalnız İslam bu ədalətsizliyin yerini sevgiylə doldurmaq potesialına malikdir.

Mason Karl Marx və Joseph Stalin

Kommunist nəzəriyyənin qurucusu Karl Marx, həmçinin 40 milyon insanın qatili Joseph Stalin mason olmuşdur. Aşağıdakı şəkillərdə onların masonik nizam vəziyyətindəki duruşları əks olunur. Bu simvollardan masonlar bir-birilərini tanımaq üçün istifadə edirlər.

“Sağ qol barmaqlar birləşdirilmiş şəkildə ürəyin altında (paltarın içinə doğru) tutulur.” (Türkiyədə dərc olunan masonik Memar Sinan jurnalı, S.11)

Bu nizam vəziyyəti Dəyişdirilmiş Tövratdakı ayədən qaynaqlanır:

“Ve Rab ona dedi: İndi əlini qoynuna qoy.” (Çıxış Bab: 4/6 S:56)

 


Tərcümə: Zəkəriyyə
mənbə:www.rethink.azeriblog.com

Bağlantılar
 


Bookmark and Share
 


Subscribe 


 















 
Bugün 5 ziyaretçi (478 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol